Azərbaycan Özbəkistan Baş prokurorluğunun vəsatətini təmin edərək bu ölkənin vətəndaşı olan 1982-ci il təvəllüdlü Yusupov Amonbek Abdulxakoviçin (Yusupov Amonbek Abdulkhakovich) Özbəkistana ekstradisiya edib.
Azərbaycanın Baş prokurorluğundan Bizim.Media-ya verilən məlumata görə, Özbəkistanda Prezidentin şərəf və ləyaqətini alçaltma cinayətinin törədilməsində təqsirləndirilərək, dövlətlərarası axtarışa verilmiş A.A.Yusupov cari ilin aprel ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.
"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, sonuncu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistan Respublikasının səlahiyyətli orqanına təhvil verilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
18:52 / 24.07.2025
Özbəkistan Prezidentini təhqir edən şəxs ölkəsinə TƏHVİL VERİLDİ
Hazırda oxunan: Özbəkistan Prezidentini təhqir edən şəxs ölkəsinə TƏHVİL VERİLDİ
Hazırda oxunan: Özbəkistan Prezidentini təhqir edən şəxs ölkəsinə TƏHVİL VERİLDİ
261505
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.