Azərbaycan Prezidenti İlham Əliyev təyyarə qəzasında çoxsaylı insanın həlak olması ilə bağlı Rusiya Prezidenti Vladimir Putinə başsağlığı verib.
Bizim.Media xəbər verir ki, məktubda deyilir:
“Hörmətli Vladimir Vladimiroviç.
Amur vilayətində “An-24” sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər məni dərindən kədərləndirdi.Bu faciə ilə əlaqədar olaraq, şəxsən öz adımdan və Azərbaycan xalqı adından Sizə, həlak olanların ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”.
Qeyd edək ki, Rusiyanın Amur bölgəsində “An-24” təyyarəsi qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan 49 nəfərin hamısı həlak olub.
Bizim.Media