Təyyarə qəzasında həlak olanların ailələrinə 1 milyon rubl ödəniləcək

Təyyarə qəzasında həlak olanların ailələrinə 1 milyon rubl ödəniləcək

Hazırda oxunan: Təyyarə qəzasında həlak olanların ailələrinə 1 milyon rubl ödəniləcək

261494

An-24 təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan Xabarovsk sakinlərinin ailələrinə 1 milyon rubl məbləğində kompensasiya veriləcək.

Bizim.Media xəbər verir ki, bunu Xabarovsk diyarının qubernatoru Dmitri Demeşin bildirib.

Onun sözlərinə görə, faciə yerinə getmək istəyən həlak olanların qohumlarına lazım olan bütün dəstək göstəriləcək və onların yol xərcləri qarşılanacaq.

Qeyd edək ki, Amur vilayətinin rəhbərliyi 25–27 iyul tarixlərini rəsmi matəm günləri elan edib.

Həmçinin məlum olub ki, qəza zamanı Rusiya Dəmir Yolları (RJD) şirkətinin beş əməkdaşı da həyatını itirib.

Xatırladaq ki, qəzada 48 nəfər həlak olub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO