Estoniya hökuməti Belarusa qarşı tətbiq edilən sanksiyaların müddətini uzadıb. Bu qərar çərçivəsində ölkəyə girişinə qadağa qoyulan şəxslər siyahısına Belarusun lideri Aleksandr Lukaşenko da daxil edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Estoniyanın ERR agentliyi məlumat yayıb.
Qeyd olunur ki, bu təşəbbüs Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna tərəfindən irəli sürülüb. Onun sözlərinə görə, Belarusda insan haqları ilə bağlı vəziyyət dəyişməyib və Minskin Rusiya Federasiyasının Ukraynaya qarşı təcavüzünü dəstəkləməsi sanksiyaların gücləndirilməsini zəruri edir.
Nazirin əmrinə əsasən, sanksiya siyahısında ümumilikdə 273 nəfərin adı yer alır. Bu şəxslər arasında yüksək vəzifəli məmurlar, hakimlər, hüquq-mühafizə orqanlarının əməkdaşları, təbliğatçılar və Aleksandr Lukaşenkonun yaxın çevrəsi var.
Bizim.Media

- A-
- A
- A+
Dünya
17:47 / 24.07.2025
Lukaşenko daha bu ölkəyə gedə bilməyəcək
Hazırda oxunan: Lukaşenko daha bu ölkəyə gedə bilməyəcək
Hazırda oxunan: Lukaşenko daha bu ölkəyə gedə bilməyəcək
261490
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.