Odessada Ukrayna gəmisi minaya düşdü – 3 ölü var

Odessada Ukrayna gəmisi minaya düşdü – 3 ölü var

Hazırda oxunan: Odessada Ukrayna gəmisi minaya düşdü – 3 ölü var

261475

Ukraynanın Odessa vilayətində yerləşən Bıstroe çayında "Ukrayna Dəniz Limanları Administrasiyası" Dövlət Müəssisəsinin “Delta-Lotsman” filialına məxsus torpaqqazma gəmisi mina partlayışı nəticəsində zədələnib.

Bizim.Media xəbər verir ki, minada partlayış iyulun 23-də axşam saatlarında baş verib. Hadisə nəticəsində 3 nəfər ölüb.

“Gəmi 11 nəfərlik heyətlə birlikdə Bıstroe çayının mənsəbində planlı dərinləşdirmə işləri aparırdı. Mina partlayışı nəticəsində "Ukrayna Dəniz Limanları Administrasiyası"nın üç əməkdaşı həlak olub. Digər heyət üzvləri xəstəxanaya yerləşdirilib və onlara bütün zəruri tibbi yardım göstərilir”, - rəsmi məlumatda deyilir.

Hadisə yerində müvafiq xidmət orqanları çalışır, insidentin detalları dəqiqləşdirilir.

Hazırda çay mənsəbindən keçid müvəqqəti olaraq bağlanıb, gəmilər Suli kanalı vasitəsilə yönləndirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO