İspaniyanın paytaxtı Madriddə keçirilən U-15 və yeniyetmələrin Avropa birinciliyi davam edir.
Azərbaycan Ağırlıqqaldırma Federasiyasından Bizim.Media-ya verilən məlumata görə, ikinci yarış günü atletlərimizdən Musab Məmmədtağıyev U-15 kateqoriyasında mübarizəyə qoşulub.
56 kiloqram çəki dərəcəsində yarışan idmançı birdən qaldırma hərəkətində 93 kiloqram nəticə göstərərək qızıl medala sahib olub.
Musab təkanla qaldırma hərəkətində də uğurla çıxış edib. O, bu dəfə 109 kiloqram çəkini başı üzərinə qaldıraraq gümüş medala layiq görülüb.
Beləliklə, iki hərəkətin cəmində 202 kiloqram nəticəyə imza atan atlet Avropa birinciliyinin qalibi adını qazanıb.
Bizim.Media

- A-
- A
- A+
İdman
15:24 / 24.07.2025
Gənc atletimiz Madriddə qızıl medal qazandı – FOTO
Hazırda oxunan: Gənc atletimiz Madriddə qızıl medal qazandı – FOTO
Hazırda oxunan: Gənc atletimiz Madriddə qızıl medal qazandı – FOTO
261464
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.