"Apar Ride"ya qarşı istehlakçı hüquqlarını məhdudlaşdıran şərtlərə görə protokol TƏRTİB EDİLDİ

"Apar Ride"ya qarşı istehlakçı hüquqlarını məhdudlaşdıran şərtlərə görə protokol TƏRTİB EDİLDİ

Hazırda oxunan: "Apar Ride"ya qarşı istehlakçı hüquqlarını məhdudlaşdıran şərtlərə görə protokol TƏRTİB EDİLDİ

261336

Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən “Apar Ride” MMC barəsində inzibati xəta protokolu tərtib edib.

Bizim.Media xəbər verir ki, bu barədə Agentlikdən məlumat verilib.

Bildirilib ki, şirkət “istifadəçi razılaşması”na qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarla müqayisədə istehlakçıların hüquqlarını məhdudlaşdıran şərtlər daxil edib.

Bu hal İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu maddəsinə (istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsi) uyğun olaraq inzibati xəta kimi qiymətləndirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO