Elvin Camalov İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri TƏYİN EDİLDİ

Elvin Camalov İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri TƏYİN EDİLDİ

Hazırda oxunan: Elvin Camalov İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri TƏYİN EDİLDİ

261333

Elvin Camalov İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri təyin edilib.

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, E.Camalov 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Ümumi iqtisadiyyat" ixtisası üzrə bakalavriat, 2011-ci ildə isə magistratura pilləsini bitirib.
 

O, 2019-cu ildə "Davamlı inkişafın idarəedilməsi" ixtisası üzrə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistratura təhsilini başa vurub.


Əmək fəaliyyətinə 2009-cu ildə İqtisadi İnkişaf Nazirliyində məsləhətçi kimi başlayan Elvin Camalov nazirlikdə müxtəlif vəzifələrdə çalışıb. O, 2019-2022-ci illərdə İqtisadiyyat Nazirliyinin İqtisadi siyasət şöbəsinin müdir müavini, 2022-2024-cü illərdə isə həmin şöbənin müdiri vəzifəsində işləyib.

Son təyinatadək Elvin Camalov iqtisadiyyat nazirinin müşaviri vəzifəsində çalışıb.

O, Azərbaycan Respublikasının Prezidentinin 23 iyun 2020-ci il tarixli Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO