10 il anasının meyiti ilə bir evdə yaşadı

10 il anasının meyiti ilə bir evdə yaşadı

Hazırda oxunan: 10 il anasının meyiti ilə bir evdə yaşadı

261300

Yaponiyada 60 yaşlı Takehisu Miyavaki 95 yaşlı anasının ölümünü ört-basdır etməkdə şübhəli bilinərək həbs edilib. Yaşlı qadının cəsədi ölümündən 10 il sonra aşkar edilib.

Bizim.Media xarici mediaya istinadən xəbər verir ki, bu ilin may ayında yerli hökumət rəsmisi Miyavakinin qəribə davranışından təşvişə düşüb.
 

Məmur anası haqqında məlumat istəyəndə kişi cavab verməkdən imtina edib. Nəticədə məmur polisə müraciət etməyə vadar olub.Evə baxış zamanı tualetdə ölmüş qadın meyiti aşkar edilib.


Miyavaki özü davranışını insanlarla ünsiyyət qurmaq qorxusu (sosial fobiya) ilə izah edib. Onun sözlərinə görə, bu səbəbdən anasının ölümü ilə bağlı müvafiq xidmətlərə məlumat verməyib.

Hazırda bu hadisə ilə bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO