35 gün erməni əsirliyində qalan Mobilə yüksək vəzifə verildi – FOTO

35 gün erməni əsirliyində qalan Mobilə yüksək vəzifə verildi – FOTO

Hazırda oxunan: 35 gün erməni əsirliyində qalan Mobilə yüksək vəzifə verildi – FOTO

261278

Vətən Müharibəsi qazisi, baş leytenant Mobil Əhmədzadəyə Müdafiə Nazirliyində vəzifə verilib.

Bizim.Media xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb.

M.Əhmədzadə Hərbi Polis İdarəsində şöbələrdən birinin rəis müavini kimi xidmətə başlayıb.

Qeyd edək ki, Əhmədzadə Mobil İlqar oğlu 1999-cu ildə Bakıda anadan olub.

O, Vətən müharibəsi zamanı yaralı halda 35 gün erməni əsirliyində qalıb və orada ayağı amputasiya olunub. Əhmədzadə 2020-ci ilin dekabrında əsirlikdən azad edilərək Bakıya gətirilib. (Qafqazinfo.az)



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO