Ağdərədə bu avtomobil yolları yenidən qurulur – FOTO/VİDEO

Ağdərədə bu avtomobil yolları yenidən qurulur – FOTO/VİDEO

Hazırda oxunan: Ağdərədə bu avtomobil yolları yenidən qurulur – FOTO/VİDEO

261255

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Ağdərə rayonunun Ortakənd–Dəmirlər və Həsənriz kənd avtomobil yollarında yenidənqurma işləri aparır.

Bizim.Media agentliyə istinadən xəbər verir ki, layihə çərçivəsində uzunluğu 8,2 km olan Həsənriz avtomobil yolu üzrə köhnə və yararsız asfalt-beton örtüyü frezlənərək kənarlaşdırılıb, yol əsasının yararsız hissələri qazılaraq çıxarılıb və bərpa olunub, əks-dolğu işləri icra edilib.

Yol boyunca suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametrli suötürücü borular quraşdırılıb.

Hazırda Həsənriz kəndinə gedən və 4-cü texniki dərəcəyə uyğun şəkildə yenidən qurulan yolda asfalt-beton örtüyünün alt layının döşənməsi işləri davam etdirilir. Eyni zamanda, zəruri hissələrdə düzbucaqlı su keçidlərinin tikintisi və təmiri, həmçinin beton küvetlərin inşası da nəzərdə tutulub.
 

Uzunluğu 6,9 km olan Ortakənd–Dəmirlər avtomobil yolu üzrə də köhnə asfalt-beton örtüyü frezlənərək kənarlaşdırılıb, yol əsasının yararsız hissələri çıxarılıb və əks-dolğu işləri yekunlaşdırılıb. Hazırda yolda su ötürmə qabiliyyətini artırmaq üçün müxtəlif diametrli suötürücü boruların tikintisi, 400 metr uzunluğunda istinad divarının inşası həyata keçirilir.


Bundan əlavə, yolun üç hissəsində körpü tipli su keçidlərinin tikintisi nəzərdə tutulub və bu istiqamətdə işlərə artıq başlanılıb.






















 





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO