Ölçmə vasitələrinin yoxlanılmasını həyata keçirmək üçün fiziki şəxslərin attestasiyası KEÇİRİLƏCƏK

Ölçmə vasitələrinin yoxlanılmasını həyata keçirmək üçün fiziki şəxslərin attestasiyası KEÇİRİLƏCƏK

Hazırda oxunan: Ölçmə vasitələrinin yoxlanılmasını həyata keçirmək üçün fiziki şəxslərin attestasiyası KEÇİRİLƏCƏK

261209

İyulun 28-də Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən ölçmə vasitələrinin yoxlanılması fəaliyyətinin həyata keçirilməsi üçün fiziki şəxslərin növbəti attestasiyası baş tutacaq.

Agentlikdən Bizim.Media-ya verilən məlumata görə, attestasiya prosesində yoxlayıcıların peşə (təhsili və təcrübəsi) və nəzəri metrologiya bilikləri, kommunikasiya bacarıqları, ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində qanunvericilik aktları üzrə biliklərinin qiymətləndirilməsi aparılacaq.
 

Attestasiya olunmaq məqsədilə ölçmə vasitələrinin yoxlanılması fəaliyyətini həyata keçirən fiziki şəxslər, eləcə də bu sahədə akkreditasiya olunan qurumların yoxlayıcı qismində fəaliyyət göstərən əməkdaşları 25 iyul tarixinədək müvafiq ərizə formasını (“Ölçmə vasitələrinin yoxlanılmasını həyata keçirən fiziki şəxslərin attestasiyası Qaydaları”na 1 nömrəli əlavə) doldurmaqla Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət etməlidirlər.


Agentliyə birbaşa ərizə, rəsmi internet səhifəsi (//competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif) və elektron poçt ([email protected]) vasitəsilə müraciət oluna bilər.
Attestasiyadan uğurla keçmiş yoxlayıcılara agentlik tərəfindən 5 il müddətinə qüvvədə olan attestat təqdim ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO