"Əməkdar artist Ədalət Şükürov toyda, hansısa məclisdə, ümumiyyətlə məni harada görürdüsə, pul verirdi. Onunla görüşəndə məni tuturdu və 300 manat əlimə pul qoyurdu. Söhbət efirdən getmir. Sözün düzü mən də pulu götürürdüm. Yeganə adamdır ki, Ədalət Şükürovdan götürmüşəm".
Bizim.Media xəbər verir ki, bu sözləri aparıcı Elgiz Əkbər "Həmin Zaur" verilişində deyib.
O bildirib ki, Ədalətdən pul götürdüyü üçün özünü pis hiss edib:
"Sonra bir dəfə fikirləşdim ki, Ədalət niyə mənə pul verir? Yəqin elə bilir ki, kasıbam, çox pis vəziyyətdəyəm. Bir gün hardasa oturmuşduq. Ədalət məni yanına çağırdı. Əlini də cibinə salmışdı. Dedim ki, çox xahiş edirəm, mənə daha pul verməyin. Soruşdu ki, "Niyə?". Cavab verdim ki, özümü çox pis, diskomofort hiss edirəm". (axsam.az)
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
00:12 / 23.07.2025
"Ədalət hər dəfə mənə pul verirdi, pis olurdum"
Hazırda oxunan: "Ədalət hər dəfə mənə pul verirdi, pis olurdum"
Hazırda oxunan: "Ədalət hər dəfə mənə pul verirdi, pis olurdum"
261200
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.