Magistratura imtahanının nəticələri ELAN OLUNDU

Magistratura imtahanının nəticələri ELAN OLUNDU

Hazırda oxunan: Magistratura imtahanının nəticələri ELAN OLUNDU

261187

Ali təhsilin magistratura səviyyəsinə qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələri elan olunub.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
 

Məlumata görə, 2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələri Mərkəzin internet saytında yerləşdirib.


Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə ixtisaslaşma seçimi ərizəsi səhifəsindəki “7 rəqəmli kod”u 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Qəbul olunanların siyahısı sabah günün ikinci yarısında “Magistr” jurnalının 5-ci sayında dərc olunacaq.

Müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 15555 bakalavrdan 13446 nəfəri ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub. Qəbul olunanlardan 5798 nəfər dövlət sifarişi, 7648 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. 9790 nəfər ali təhsil müəssisələrinin cari, 3656 nəfər isə əvvəlki illərin məzunudur.

Magistraturaya qəbul olmuş şəxslər 24 iyul – 1 avqust tarixlərində //portal.edu.az/ platformasında qeydiyyatdan keçərək yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlərdən “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalanların qeydiyyatı”nı seçməlidirlər.

Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.

Boş qalan plan yerlərinə əlavə yerləşdirmənin vaxtı DİM tərəfindən elan olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO