Ümumi təhsil müəssisələrinin Azərbaycan bölməsi üzrə uşaqların məktəbəhazırlıq qruplarına qəbulu üçün sərbəst qaydada məktəb və müəllim seçiminə start verilir.
Bizim.Media xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, 22 iyul 2025-ci il saat 16:00-dan etibarən Bakı və Gəncə şəhərlərindəki ümumtəhsil müəssisələrində məktəbəhazırlıq qrupları üzrə prioritetlə seçim sərbəst qaydada seçimlə əvəz olunur.
Seçim prosesi Mektebeqebul.edu.az portalı vasitəsilə aparılır.
Nəzərinizə çatdırırıq ki, internetə çıxış imkanı olmayan vətəndaşlar aidiyyəti üzrə:
- Alternativ qeydiyyat mərkəzlərinə;
- Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə;
- "ASAN xidmət" mərkəzlərinə müraciət edə bilərlər.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:45 / 22.07.2025
Məktəbəhazırlıq qrupları üzrə məktəb və müəllim seçimi başladı
Hazırda oxunan: Məktəbəhazırlıq qrupları üzrə məktəb və müəllim seçimi başladı
Hazırda oxunan: Məktəbəhazırlıq qrupları üzrə məktəb və müəllim seçimi başladı
261147
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.