Dövlət sərhədində atəş səsləri – İrandan gələn naməlum şəxs…

Dövlət sərhədində atəş səsləri – İrandan gələn naməlum şəxs…

Hazırda oxunan: Dövlət sərhədində atəş səsləri – İrandan gələn naməlum şəxs…

261145

İyulun 20-də xidmətin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətinə naməlum şəxsin şübhəli hərəkətləri müşahidə edilib. Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi tam qapadılıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sərhəd pozucusu təqib edilib, havaya xəbərdarlıq atəşi açılıb.

Əmrə tabe olmayan sərhəd pozucusu havanın qaranlıq, ərazinin meşəlik olmasından istifadə edərək üzərindəki bağlamaları atıb və geriyə qaçmağa nail olub.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində hadisə yerində ümumi çəkisi 18 kiloqram 100 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO