Kamran Əliyev: “2 azərbaycanlının işgəncəyə məruz qalması ilə bağlı faktları Rusiyaya göndərmişik”

Kamran Əliyev: “2 azərbaycanlının işgəncəyə məruz qalması ilə bağlı faktları Rusiyaya göndərmişik”

Hazırda oxunan: Kamran Əliyev: “2 azərbaycanlının işgəncəyə məruz qalması ilə bağlı faktları Rusiyaya göndərmişik”

261133

Azərbaycan Rusiya Federasiyasının İstintaq Komitəsinə Yekaterinburqda iki azərbaycanlının işgəncəyə məruz qalması ilə bağlı faktları təqdim edib.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı report.az-a Azərbaycanın baş prokuroru Kamran Əliyev verib.

Onun sözlərinə görə, Rusiya tərəfi bu faktlar üzrə ayrıca istintaq aparır.

“Yekaterinburqda azərbaycanlılara qarşı zorakılıq faktları ilə bağlı biz cinayət işi başladıq.

Rusiya tərəfi ilə daim əlaqədəyik, birgə məhkəmə-tibbi ekspertizası keçirilib və təəssüf ki, müəyyən olunub ki, həmin şəxslər işgəncə, döyülmə və ağır bədən xəsarətləri nəticəsində həlak olublar,” – deyə Kamran Əliyev qeyd edib.

O əlavə edib ki, Azərbaycan bu fakt üzrə Rusiya tərəfindən açılmış cinayət işinin nəticələrini gözləyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO