Azərbaycanın icmal büdcəsində 5 milyard manata yaxın profisit yaranıb

Azərbaycanın icmal büdcəsində 5 milyard manata yaxın profisit yaranıb

Hazırda oxunan: Azərbaycanın icmal büdcəsində 5 milyard manata yaxın profisit yaranıb

261124

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın icmal büdcəsinin gəlirləri 24 milyard 357,9 milyon manat, xərcləri isə 19 milyard 593,7 milyon manat icra olunub.

Bizim.Media bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

İcmal büdcədə 4 milyard 764,2 milyon manat həcmində profisit yaranıb.
 

İcmal büdcənin tərkib hissəsi olan Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirləri 3 milyard 962,9 milyon manat (2024-cü ilin eyni dövrü ilə müqayisədə 554,6 milyon manat və ya 16,3 % çox), xərcləri 3743,5 milyon manat (2024-cü ilin eyni dövrü ilə müqayisədə 324,5 milyon manat və ya 9,5 % çox) olub.


İşsizlikdən sığorta fondunun büdcəsinin gəlirləri 121,4 milyon manat (2024-cü ilin eyni dövrü ilə müqayisədə 33,7 milyon manat və ya 21,7 % az), xərcləri 84,4 milyon manat (2024-cü ilin eyni dövrü ilə müqayisədə 17,4 milyon manat və ya 26 % çox) olub.

İcbari tibbi sığorta fondunun büdcəsinin gəlirləri 1 milyard 253,8 milyon manat (82,5 milyon manat və ya 7 % çox), xərcləri 1 milyard 015,4 milyon manat (219,9 milyon manat və ya 27,6 % çox) olub.

Azərbaycan Dövlət Neft Fondunun büdcəsinin gəlirləri 8 milyard 815,9 milyon manat (427 milyon manat və ya 4,6 % az), xərcləri 7 milyard 264,8 milyon manat (862,1 milyon manat və ya 13,5 % çox) olub.

Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirləri 213,2 milyon manat (2024-cü ilin eyni dövrü ilə müqayisədə 47,7 milyon manat və ya 18,3 % az), xərcləri 203,2 milyon manat (11,7 milyon manat və ya 6,1 % çox) olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO