İyulda bu 5 BÜRC keçmiş eşqlə yenidən qarşılaşacaq

İyulda bu 5 BÜRC keçmiş eşqlə yenidən qarşılaşacaq

Hazırda oxunan: İyulda bu 5 BÜRC keçmiş eşqlə yenidən qarşılaşacaq

261106

İyul ayı bəzi bürclər üçün romantik keçmişlə barışmaq və köhnə hisləri yenidən yaşamaq ayı ola bilər.

Bizim.Media xəbər verir ki, ulduzlar, bəzi bürclərə "ikinci şans" siqnalı göndərir. Bəs bu şans dəyərmi?

Xərçəng

Bu ay emosional olaraq zirvədəsiniz. Keçmiş sevgilinizlə təsadüfi qarşılaşma və ya mesajlaşma yenidən ümid yarat bilər. Ancaq hisslərinizin sizi yönləndirməsinə yox, real səbəblərə diqqət edin.

Əqrəb

Əqrəblər üçün iyul ayı sirrli və emosional enerjilərlə doludur. Əgər bağlar hələ də tam qırılmayıbsa, keçmiş münasibət təkrar qığılcım ala bilər. Amma intiqam və ya qürur sizi geri çəkməməlidir.

Balıqlar

Həssas Balıqlar üçün keçmiş münasibətlər daim ürəklərində qalır. İyul ayı, xüsusilə retroqrad təsirlərlə, keçmiş sevgilinin geri dönməsini gündəmə gətirə bilər. Lakin özünüzü unutmadan qərar verin.

Əkizlər

Keçmişlə bağlı qeyri-müəyyənlikləri aydınlaşdırmaq üçün doğru zaman ola bilər. Əkizlər üçün dialoq qurmaq və qəlbindəki suallara cavab tapmaq mümkündür. Amma təkrar eyni səhvlərə düşməmək üçün diqqətli olun.

Qız

Praktik yanaşması ilə tanınan Qız bürcü bu dəfə ürəyinin səsini dinləyə bilər. Keçmiş münasibətdəki dəyişiklik potensialı varsa, Qız bürcü yenidən sınamağa açıq ola bilər./milli.az

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO