Günəşdəki koronal dəliklərlə əlaqədar iyulun 23 və 24 tarixlərində Yerdə zəif maqnit qasırğası gözlənilir.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın Elmlər Akademiyasının Günəş Astronomiyası Laboratoriyası öz "Telegram" kanalında məlumat yayıb.
“Sabah – çərşənbə günü ərzində, nisbətən uzunmüddətli geomaqnit qasırğalarının baş verməsi mümkündür, pik nöqtəsində isə birinci – minimal səviyyəli zəif maqnit qasırğası qeydə alına bilər. 24 iyul, cümə axşamı günü də maqnit qasırğalarının baş vermə ehtimalı yüksək olaraq qalır”, – deyə məlumatda bildirilir.
Qeyd olunur ki, maqnit qasırğalarının səbəbi hazırda təxminən Günəş–Yer xətti üzərində yerləşən orta ölçülü tac dəliyidir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:05 / 22.07.2025
Sabah maqnit qasırğası olacaq?
Hazırda oxunan: Sabah maqnit qasırğası olacaq?
Hazırda oxunan: Sabah maqnit qasırğası olacaq?
261105
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.