Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərərvurmada təqsirləndirilən Uğur Malikovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Bizim.Media xəbər verir ki, hakim Natiq Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Uğur Malikov 7 il müddətə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 24 aprel 2024-cü il tarixdə, saat 22 radələrində Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən ünvansız fərdi yaşayış evində qeydə alınıb.
Belə ki, Uğur Malikov zərərçəkmiş Cəfər Cəfərzadəyə (adı, soyadı şərtidir) heç bir səbəb olmadan mətbəx bıçağı ilə vuraraq ona xəsarət yetirib.
Hadisədən sonra Uğur Malikov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. (Pravda.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:40 / 22.07.2025
Tanışını bıçaqlayan şəxsə HÖKM OXUNDU
Hazırda oxunan: Tanışını bıçaqlayan şəxsə HÖKM OXUNDU
Hazırda oxunan: Tanışını bıçaqlayan şəxsə HÖKM OXUNDU
261093
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.