Gəncədə 41 yaşlı qadın naməlum şəraitdə bıçaqlanıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində baş verib.
1984-cü il təvəllüdlü F. İbrahimova döş qəfəsinin kəsilmiş-deşilmiş bıçaq yaraları diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Qadın dərhal əməliyyata götürülüb Həkimlər onun vəziyyətini orta-ağır olduğunu bildirirlər.
Hadisənin kim tərəfindən və hansı səbəbdən törədildiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu