Honq-Konqda "Vipha" tayfununun gətirdiyi leysan yağışları səbəbindən baş vermiş insidentlər nəticəsində azı 21 nəfər xəsarət alıb.
Bizim.Media şəhər hakimiyyətinə istinadən xəbər verir ki, yanğınsöndürmə xidmətinə ağacların aşması ilə bağlı 246 məlumat daxil olub.
"Bu gün 13 kişi və 8 qadın tayfunla bağlı insidentlərlə əlaqədar dövlət xəstəxanalarına təcili yardım üçün müraciət edib", - deyə məlumatda bildirilir.
Həmçinin qeyd olunur ki, müxtəlif ərazilərdə yaradılmış 34 müvəqqəti sığınacaqda 242 nəfər qoruna bilib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
06:44 / 21.07.2025
Honq-Konqda güclü qasırğa fəsadlar törətdi - VİDEO
Hazırda oxunan: Honq-Konqda güclü qasırğa fəsadlar törətdi - VİDEO
Hazırda oxunan: Honq-Konqda güclü qasırğa fəsadlar törətdi - VİDEO
260898
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.