Ağstafada kran aşdı - Xəsarət alanlar var

Ağstafada kran aşdı - Xəsarət alanlar var

Hazırda oxunan: Ağstafada kran aşdı - Xəsarət alanlar var

260889

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə rayonun Muğanlı kəndində yerləşən sərt döngədə qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Aqil Qasımovun idarə etdiyi "KamAZ" markalı kran tipli yük avtomobili hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb.

Qəza nəticəsində sürücü və onun sərnişinləri -1998-ci il təvəllüdlü Eltun Yusibov və 1988-ci il təvəllüdlü Elvin Yusibov müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər.

Məlumata görə, sürücünün vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO