AQTA-dan "Naftalan" ailəvi restorandakı zəhərlənmə ilə bağlı AÇIQLAMA

AQTA-dan "Naftalan" ailəvi restorandakı zəhərlənmə ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: AQTA-dan "Naftalan" ailəvi restorandakı zəhərlənmə ilə bağlı AÇIQLAMA

260787

Kürdəmir rayonu, Xırdapay kəndində fəaliyyət göstərən fiziki şəxs Əzizov Elşən Qıtan oğluna məxsus "Naftalan" ailəvi restoranda baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən aidiyyəti qurumlarla birgə araşdırmalara başlanılıb.

Bu barədə AQTA-dan Bizim Media-nın yerli bürosuna bildirilib.
 

Agentliyin mütəxəssisləri hadisə yerinə baxış keçirib, istehlak edilən qidalardan nümunələr götürüb və laborator müayinələrə cəlb edib.


Tibb müəssisəsindən verilən məlumata görə, zərərçəkənlərə ilkin tibbi yardım göstərildikdən sonra hamısı evə buraxılıb.

İstirahət mərkəzinin fəaliyyəti məhdudlaşdırılıb. Faktla bağlı araşdırmalar davam edir.

Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO