Barəsində aliment qərarı çıxarılanların sayı azalıb – STATİSTİKA

Barəsində aliment qərarı çıxarılanların sayı azalıb – STATİSTİKA

Hazırda oxunan: Barəsində aliment qərarı çıxarılanların sayı azalıb – STATİSTİKA

260688

2025-ci ilin yanvar-iyun aylarında 11 296 nəfər barəsində aliment ödənilməsinə dair qərar çıxarılıb.

Bizim.Media xəbər evrir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 2024-cü ilin eyni dövründə isə 11 324 nəfər barəsində sözügedən qərar tərtib edilib.

Ümumilikdə daxil olan aliment qərarlarının sayı 2020-ci ildə 18 288, 2021-ci ildə 20 619, 2022-ci ildə 17 621, 2023-cü ildə 20 993, 2024-cü ildə isə 23 327 olub.

Həmçinin 2025-ci ilin 6 ayının sonunda Ədliyyə Nazirliyinin yerli icra qurumlarının icraatında olan aliment işlərinin cəmi 124 566 olub.

Bundan əlavə, Bakı şəhəri üzrə ən çox aliment qərarı Xətai rayon icra şöbəsində olmaqla 6 197 icra sənədi təşkil edir.

Respublika üzrə ən çox aliment qərarı isə Gəncə şəhəri üzrə icra idarəsinin icraatında olmaqla 6 398 icra sənədi təşkil edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO