Tanınmış azərbaycanlı şair vəfat etdi

Tanınmış azərbaycanlı şair vəfat etdi

Hazırda oxunan: Tanınmış azərbaycanlı şair vəfat etdi

260672

Tanınmış şair-publisist Soltan Abbas 92 yaşında vəfat edib.

Bizim.Media xəbər verir ki, bu gün Neftçala rayonunun Ballıca kəndində yaşadığı evdə dünyasını dəyişən mərhum kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Soltan İsrafil oğlu Abbasov 1933-cü il yanvarın 7-də anadan olub. Bədii yaradıcılığa 1960-cı ildən başlayıb.
 

1985-ci ildən Azərbaycan yazıçılar Birliyinin üzvü olan Soltan Abbas “Damcı”, “Mənə çox öyrəşmə”, “Tut ağacı”, “Yollar-ömür yolum”, “Səyyah etdi söz məni”, “Nakam ömrün yaşıl anları”, “Ömrü yaşadan sözlər” və s. kitabların müəllifidir.


1994-cü ildə “Məmməd Araz” ali ədəbi mükafatına layiq görülüb. (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO