Tanınmış memar vəfat etdi

Tanınmış memar vəfat etdi

Hazırda oxunan: Tanınmış memar vəfat etdi

260638

Azərbaycanın görkəmli ziyalısı, tanınmış memar, onlarla tarixi-mədəni abidənin bərpasında əvəzsiz xidmətləri olan Prezident təqaüdçüsü, dövlət qulluqçusu Arif Bəylər oğlu Əzizov vəfat edib.

Bizim.Media “Qafqazinfo”-ya istinadən xəbər verir ki, görkəmli memar ötən gün 80 yaşında dünyasını dəyişib.

Yaxınları onun vəfatı ilə əlaqədar başsağlığı verib, ruhuna ehtiramlarını ifadə ediblər.

Qeyd edək ki, 1945-ci ildə Naxçıvan şəhərində anadan olmuş Arif Əzizov tikinti və bərpa sahəsində bir sıra vəzifələrdə çalışıb, göstərdiyi xidmətlərə görə dəfələrlə müxtəlif dövlət mükafatlarına layiq görülüb.

Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO