“SOCAR-AQŞ” MMC-nin 54 milyonluq mənimsəmədə ittiham olunan keçmiş baş direktoru Ramin İsayevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda dövlət ittihamçısı yekun çıxış edib.
Prokuror bildirib ki, Ramin İsayevə xüsusilə külli miqdarda mənimsəmə və cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırma maddələri ilə verilmiş ittihamlar məhkəmə istintaqı ilə təsdiqini tapıb. Bu əsasla ona qeyd olunan maddələrin sanksiyasının yuxarı həddindən cəza təyin edilməli, konkret olaraq 15 il müddətinə azadlıqdan məhrum edilməlidir.
Bundan əlavə, İsayevin üzərinə həbs qoyulmuş çoxsaylı əmlaklarının da müsadirə olunması istənilib.
Hakim Vüqar Quliyev müdafiə çıxışına hazırlanmaları üçün vəkillərə 1 həftə vaxt verib.
Qeyd edək ki, sabiq “SOCAR-AQŞ” rəhbəri 2 il əvvəl-2023-cü ilin iyulunda Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib, həmin vaxtdan həbsdədir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
00:51 / 19.07.2025
Ramin İsayevin əmlakı müsadirə EDİLƏ BİLƏR - 15 il həbsi istənilir
Hazırda oxunan: Ramin İsayevin əmlakı müsadirə EDİLƏ BİLƏR - 15 il həbsi istənilir
Hazırda oxunan: Ramin İsayevin əmlakı müsadirə EDİLƏ BİLƏR - 15 il həbsi istənilir
260629
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.