“Arsenal”dan 60 milyonluq TRANSFER

“Arsenal”dan 60 milyonluq TRANSFER

Hazırda oxunan: “Arsenal”dan 60 milyonluq TRANSFER

260606

"Arsenal" hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Bizim.Media xəbər verir ki, "topçular" "Çelsi"dən Noni Maduekeni transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Arsenal" ingiltərəli vinger üçün onun klubuna 55+5 milyon avro təzminat ödəyəcək. 23 yaşlı ön xətt oyunçusu ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, İngiltərə millisinin üzvü olan Noni Madueke ötən mövsüm "Çelsi"nin heyətində meydana çıxdığı 46 rəsmi matçda 11 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO