Ali Məhkəmədə Meydan TV-yə blok qoyulması ilə bağlı verilən qərardan kassasiya şikayətinə baxılıb.
Bizim.Media xəbər verir ki, Vəkil Elçin Sadıqov apa-ya bildirib ki, bu gün hakim Elşad Şamayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib və qətnamə qüvvədə saxlanılıb.
Qeyd edək ki, Səbail Rayon Məhkəməsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin iddiası əsasında 2017-ci il mayında "Azadlıq" qəzeti, "Azadlıq Radiosu", "Azərbaycan Saatı" proqramı, Turan TV və Meydan TV-nin saytının bloklanması barədə qərar çıxarıb.
Bakı Apelyasiya Məhkəməsi həmin qərardan verilən şikayəti təmin etməyib.
Ali Məhkəmədə 2019-cu ildə verilmiş qərara əsasən, Meydan TV-yə blok qoyulması ilə bağlı qərar ləğv edilərək yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.
Lakin məhkəmədə iddia yenidən təmin olunub və Meydan TV-nin ölkədə yayımına blok aradan qaldırılmayıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
19:57 / 18.07.2025
Ali Məhkəmə Meydan TV ilə bağlı QƏRAR VERDİ
Hazırda oxunan: Ali Məhkəmə Meydan TV ilə bağlı QƏRAR VERDİ
Hazırda oxunan: Ali Məhkəmə Meydan TV ilə bağlı QƏRAR VERDİ
260592
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.