Tramp, Putin və Si Cinpin sentyabrın əvvəlində Çində görüşə bilərlər

Tramp, Putin və Si Cinpin sentyabrın əvvəlində Çində görüşə bilərlər

Hazırda oxunan: Tramp, Putin və Si Cinpin sentyabrın əvvəlində Çində görüşə bilərlər

260585

ABŞ Prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putin və Çin lideri Si Cinpinlə sentyabrda görüşü planlaşdırılır.

Bizim.Media xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb.

Məlumata görə, Pekin İkinci Dünya Müharibəsinin başa çatmasının 80-ci ildönümünü 3 sentyabrda Tiananmen meydanında paradla qeyd etməyi planlaşdırır və artıq Rusiya Prezidenti Vladimir Putin bu tədbirdə iştirak üçün dəvəti qəbul edib.

Müharibə zamanı Çin və ABŞ yaxın müttəfiq olublar və hazırda Çində bu fürsətdən istifadə edib Si Cinpin, Tramp və Putinin Pekində görüşünü təşkil etməyə çağırışlar səslənir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO