Azərbaycan Premyer Liqasında yeni mövsümün PÜŞKÜ ATILDI

Azərbaycan Premyer Liqasında yeni mövsümün PÜŞKÜ ATILDI

Hazırda oxunan: Azərbaycan Premyer Liqasında yeni mövsümün PÜŞKÜ ATILDI

260553

Misli Premyer Liqasında 2025/2026 mövsümünün püşkatma mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, "Alov qüllələri"ndə təşkil olunan mərasimdə PFL-in prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov, bu qurumun media və marketinq direktoru Sənan Abdullayev, həmçinin Yarışların Təşkili və Qeydiyyat şöbəsinin rəhbəri Elçin Mehdiyev iştirak ediblər.

E.Abbasov yeni mövsümlə bağlı müəyyən məlumatlar verib. Daha sonra püşkatmaya start verilib.
 

34-cü dəfə keçiriləcək və 12 komandanın - "Qarabağ", "Zirə", "Sabah", "Sumqayıt", "Neftçi", "Turan Tovuz", "Qəbələ", "Araz-Naxçıvan", "Kəpəz", "Şamaxı", "Karvan" və "İmişli"nin iştirak edəcəyi çempionatın ilk turunun cütlükləri bu cürdür:


Azərbaycan Premyer Liqası

I tur

"İmişli" - "Turan Tovuz";

"Neftçi" - "Şamaxı";

"Sabah" - "Qarabağ";

"Sumqayıt" - "Kəpəz";

"Karvan" - "Qəbələ";

"Zirə" - "Araz-Naxçıvan".

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 2025/2026 mövsümünə avqustun 15-də start veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO