Qızılağac Milli Parkında yanğın təhlükəsizliyinə dair nəzəri-praktiki tədbir keçirildi - FOTO

Qızılağac Milli Parkında yanğın təhlükəsizliyinə dair nəzəri-praktiki tədbir keçirildi - FOTO

Hazırda oxunan: Qızılağac Milli Parkında yanğın təhlükəsizliyinə dair nəzəri-praktiki tədbir keçirildi - FOTO

260407

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qızılağac Milli Parkı ilə birgə “Meşə fondu və xüsusi mühafizə olunan ərazilərdə baş verə biləcək yanğın hadisələrinə qarşı qabaqlayıcı tədbirlərin həyata keçirilməsi” mövzusunda nəzəri-praktiki tədbir keçirib.

Nazirliyin İctimaiyyətlə əlaqə idarəsindən Bizim.Media-ya verilən məlumata görə, tədbirin nəzəri hissəsində açıq ərazilərdə yanğın hadisələrinin baş verməməsi üçün qabaqlayıcı tədbirlərin görülməsinin əhəmiyyətindən danışılıb, yanğınla mübarizə istiqamətində maarifləndirmə işlərinin genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb, birgə əməkdaşlığın daha da genişləndirilməsinə dair məsələlər müzakirə olunub.

Tədbirin praktiki hissəsində təbiət ərazilərində, o cümlədən meşə sahələrində yanğınların söndürülməsi və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilib.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO