Gürcüstan hökuməti Ermənistanın tranzit yüklərinin guya bloklanması ilə bağlı yayılan xəbərləri təkzib edib.
Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.
Bəyanatda qeyd olunub ki, beynəlxalq daşımaların həcminin artmasına baxmayaraq, bütün gömrük və tranzit prosedurları adi rejimdə həyata keçirilir.
Qurumun bildirdiyinə görə, erməni KİV-lərinin yazdığı “müvəqqəti gecikmələr” artıq aradan qaldırılıb və hərəkət tam həcmdə bərpa olunub.
Xatırladaq ki, daha əvvəl erməni KİV-lərində Gürcüstan ərazisindən tranzitlə bağlı problemlər səbəbindən mayeləşdirilmiş qazın qiymətinin 40%-ə yaxın artdığı, eyni zamanda erməni konyakının Rusiyaya ixracında çətinliklər yarandığı iddia olunmuşdu.
Bizim.Media

- A-
- A
- A+
Dünya
16:00 / 17.07.2025
Tbilisi İrəvanın ittihamlarına cavab verdi
Hazırda oxunan: Tbilisi İrəvanın ittihamlarına cavab verdi
Hazırda oxunan: Tbilisi İrəvanın ittihamlarına cavab verdi
260382
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.