Lionel Messinin çıxış etdiyi "İnter Mayami" MLS-in növbəti turunda səfərdə "Sinsinnati"yə 0:3 hesabı ilə uduzub.
Bizim.Media xəbər verir ki, bununla argentinalı ulduzun ardıcıl beş oyun davam edən qol seriyası sona çatıb.
Messi MLS-də əvvəlki beş matçın hər birində dubla imza atmışdı.
"İnter Mayami"nin kapitanı cari mövsümdə 17 oyunda 16 qol vurub və 6 məhsuldar ötürmə edib.
Florida təmsilçisinin MLS-dəki üç oyunluq qələbə seriyası da bu məğlubiyyətlə başa çatıb.
Komanda hazırda Şərq Konfransında 38 xalla beşinci yerdə qərarlaşıb.
Bizim.Media

- A-
- A
- A+
İdman
15:30 / 17.07.2025
Messinin komandası uduzdu - VİDEO
Hazırda oxunan: Messinin komandası uduzdu - VİDEO
Hazırda oxunan: Messinin komandası uduzdu - VİDEO
260377
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.