Azərbaycanda satışda olan hansı dondurmalarda TƏHLÜKƏ var? -FOTO

Azərbaycanda satışda olan hansı dondurmalarda TƏHLÜKƏ var? -FOTO

Hazırda oxunan: Azərbaycanda satışda olan hansı dondurmalarda TƏHLÜKƏ var? -FOTO

260340

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən cari ildə keçirilən növbəti monitorinq çərçivəsində pərakəndə və topdansatış obyektlərində satışa çıxarılan yerli istehsallı dondurma məhsullarından ümumilikdə 50 nümunə götürülərək müayinə üçün müvafiq laboratoriyalara təqdim edilib.

Bizim.Media xəbər verir ki, bu barədə infomasiyanı AQTA yayıb.

Bildirilib ki, sınaq nəticələrinə əsasən, nümunələrdə təhlükəsizlik göstəriciləri üzrə hər hansı uyğunsuzluq aşkarlanmayıb.

"Xaricdən gətirilən dondurma məhsulları isə ölkənin gömrük ərazisinə daxil olarkən riskəsaslı nəzarətə cəlb olunur. Yalnız sınaq nəticələri uyğun çıxan məhsulların dövriyyəsinə icazə verilir", - deyə məlumatda qeyd edilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO