Zaqatalada mənzildə meyiti tapılan hərbçi imiş – FOTO

Zaqatalada mənzildə meyiti tapılan hərbçi imiş – FOTO

Hazırda oxunan: Zaqatalada mənzildə meyiti tapılan hərbçi imiş – FOTO

260298

Ötən gün Zaqatalanın Aşağı Tala kəndində iki müxtəlif mənzildə kişi meyitləri aşkar edilib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə yerinə baxış keçirən hüquq-mühafizə orqanlarına məlum olub ki, Cavid Qazilov günlər əvvəl qardaşının istifadəsiz evində qalıb və elə oradaca dünyasının dəyişib.

Çürümüş meyitin üzərində zorakılıq əlamətləri olmayıb.

Digər kişi meyiti isə günün ikinci yarsı yenə həmin kənddə başqa bir mənzildə aşkarlanıb. Bu isə  Zaqatalaya məzuniyyətə gələn hərbçinin meyiti olub. 

Hadisədən sonra müvafiq orqanlar məlumatlandırılıb. Mənzilə baxış keçirləndən sonra bəlli olub ki, bu  rayona məzuniyyətə gələn hərbi qulluqçu, Aşağı Tala kənd sakini, 24 yaşlı Aslan Abbasovdur. 

Hadisə yerinin ilkin təhqiqatı aparılıb, ekspertiza üçün vacib detallar götürülüb. Hər iki faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. 


Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO