Şəmkir Regional Qaz İstismarı İdarəsinin Qazax Xidmət Sahəsinə aid Əskipara AQPS-dən qidalanan Ülkməzli kəndi ərazisində diametri 530 millimetr olan qaz xəttində kompresatorun birləşmə hissəsində kəskin qaz sızması aşkar edilib.
Bizim.Media xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, qaz sızmasının aradan qaldırılması və digər təmir-bərpa işləri ilə əlaqədar olaraq sabah saat 10:00-dan etibarən işlər başa çatanadək Daş Salahlı, Bala Çaylı, Çaylı, Ülkməzli, Dəmirşçilər, Alpoud, Abbasbəyli, Fərəhli, Quşçu Ayrım və Məzəm kəndlərinin qaz təchizatı dayandırılacaq. Ümumilikdə, təqribən 4 100 abonent bu fasilədən təsirlənəcək.
İşlər başa çatdıqdan sonra qaz təchizatı bərpa olunacaq.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
22:56 / 16.07.2025
Qazaxın bir neçə kəndində QAZ OLMAYACAQ
Hazırda oxunan: Qazaxın bir neçə kəndində QAZ OLMAYACAQ
Hazırda oxunan: Qazaxın bir neçə kəndində QAZ OLMAYACAQ
260274
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.