Mərkəzi Klinikanın həkimi əməliyyat etdiyi xəstəyə baxmadı: Pasiyent VƏFAT ETDİ

Mərkəzi Klinikanın həkimi əməliyyat etdiyi xəstəyə baxmadı: Pasiyent VƏFAT ETDİ

Hazırda oxunan: Mərkəzi Klinikanın həkimi əməliyyat etdiyi xəstəyə baxmadı: Pasiyent VƏFAT ETDİ

260229

Siyəzən rayon sakini Mabəddin Qabil oğlu Zeynalov atasının Mərkəzi Klinikada icra edilən əməliyyatdan bir neçə gün sonra öldüyünü bildirib.

Bizim.Media xəbər verir ki, "Unikal"a müraciət edən M.Zeynalov qeyd edib ki, atası Qabil Mabəddin oğlu Zeynalov ürəyin işemik xəstəliyindən əziyyət çəkib:

"18 aprel 2025‐ci il tarixdə atamın səhhətinin pisləşməsi ilə əlaqədar olaraq, Siyəzən Rayon Mərkəzi Xəstəxanasına müraciət etdik. Həkimlərin baxışından sonra, xəstəyə infarkt diaqnozu qoyuldu. Təcili yardımın köməyi ilə atam Bakı şəhərində yerləşən Mərkəzi Klinikaya təxliyə edildi.
 

Mərkəzi Klinikanın həkim‐kardioloqu Firdovsi İbrahimov atamı müayinə etdikdən sonra, onda ürək damarının tutulmasını aşkar edib. Ürəyinin damarına angioplastika üsulu ilə stent yerləşdirib.


Firdovsi İbrahimov bildirdi ki, atam əməliyyatdan bir həftə sonra, yəni 26 aprel 2025‐ci il tarixdə təkrar tibbi müayinədən keçməlidir.

Həmin tarixdə atamı Mərkəzi Klinikaya Firdovsi həkimin baxışından keçməsi və növbəti müayinə üçün apardıq.

Lakin Firdovsi İbrahimov öz xəstəsinə yardım göstərməkdən imtina etdi.Ertəsi gün isə atam dünyasını dəyişdi", - deyə şikayətçi qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO