“Sabah” heyətinə daha bir legioner cəlb etməyə çalışır.
Bizim.Media xəbər verir ki, “bayquşlar” Daniel Lesovoyla maraqlanır. Gələn ilin yayınadək Moskva “Dinamo”suna məxsus olan 27 yaşlı oyunçu ilə danışıqlar başlayıb.
Futbolçunu ölkəmizə gəlməyə razı salan klub rəsmiləri “Dinamo” ilə transfer məbləğini razılaşdırmağa çalışır.
Lesovoy Kiyev “Dinamo”su və “Zenit”də yetişib. 2020-ci ildə 600 min avroya Tula “Arsenal”ına transfer olunan cnah hücumçusu bir ay sonra 3 qat bahasına Moskva “Dinamo”suna keçib.
Paytaxt təmsilçisi onu 2024-cü ilin qışında Hayfa “Makkabi”sinə, ötən yay isə AEL-ə (Limassol) icarəyə verib.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
15:44 / 16.07.2025
“Sabah” Rusiya klubunun üzvü ilə danışıq aparır
Hazırda oxunan: “Sabah” Rusiya klubunun üzvü ilə danışıq aparır
Hazırda oxunan: “Sabah” Rusiya klubunun üzvü ilə danışıq aparır
260213
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.