ABŞ Senatının nüfuzlu respublikaçı üzvü Lindsi Qrem Prezident Donald Trampın Rusiyaya qarşı elan etdiyi 50 günlük ultimatumla bağlı olduqca sərt və hədə dolu açıqlama verib.
Bizim.Media xəbər verir ki, senator açıq şəkildə bildirib ki, əgər Rusiya Prezidenti Vladimir Putin və onun müttəfiqləri 51-ci gün nə baş verəcəyini bilmək istəyirlərsə, “gedib Ayətulladan soruşsunlar.”
Xatırladaq ki, Tramp administrasiyası vaxtilə İrana da eyni ilə 50 günlük vaxt vermiş və 51-ci gün İran bombalanmışdı.
Senatorun sözləri bu baxımdan birbaşa Putinə ünvanlanmış xəbərdarlıqdır ki, o, İrandan nəticə çıxarsın. Bu, təkcə bir senatorun mövqeyi deyil — Qremin sözləri əslində ABŞ dövlətinin ümumi mesajıdır və artıq bu mesaj Rusiyaya rəsmi şəkildə çatdırılıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
09:15 / 16.07.2025
ABŞ-dan Putinə ultimatum: “Nə baş verəcəyini get Xameneidən soruş!” - FOTO
Hazırda oxunan: ABŞ-dan Putinə ultimatum: “Nə baş verəcəyini get Xameneidən soruş!” - FOTO
Hazırda oxunan: ABŞ-dan Putinə ultimatum: “Nə baş verəcəyini get Xameneidən soruş!” - FOTO
260125
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.