Şahin Şıxlinski barədə cinayət işi açıldı, oğlu saxlanıldı – YENİLƏNİB

Şahin Şıxlinski barədə cinayət işi açıldı, oğlu saxlanıldı – YENİLƏNİB

Hazırda oxunan: Şahin Şıxlinski barədə cinayət işi açıldı, oğlu saxlanıldı – YENİLƏNİB

260123

Xəbər verdiyimiz kimi, Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski saxlanılaraq İstintaq Komitəsimə aparılıb.

Bizim.Media xəbər verir ki, hazırda Mutvalı İstintaq Komitəsində dindirilir, ondan iyulun 1-də Baku Plazanın qarşısında saxlanılan zaman baş vermiş insidentlə bağlı izahat alınır.

Mutvali Şıxlınskinin atası Şahin Şıxlınski barədə də cinayət işi açılıb. Ona qarşı Moskvada Cinayət Məcəlləsinin 318-ci (Hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq etmə) maddəsi ilə cinayət işi açıldığı qeyd olunub.

***
23:35


Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinskinin saxlanılması ilə bağlı bəzi detallar məlum olub.

Bizim.Media "E1" portalına istinadən xəbər verir ki, Mutvalı Şıxlinski barəsində axtarış elan olunacağı bildirilib.

Məlumata görə, o, hazırda Rusiya Federasiyası Cinayət Məcəlləsinin 91-ci maddəsi əsasında iki sutka müddətinə saxlanılıb.

Saxlanma müddəti başa çatdıqdan sonra məsələ ilə bağlı məhkəmənin keçiriləcəyi gözlənilir. (Apa.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO