Gürcüstan Aİ-ni şantajda İTTİHAM ETDİ

Gürcüstan Aİ-ni şantajda İTTİHAM ETDİ

Hazırda oxunan: Gürcüstan Aİ-ni şantajda İTTİHAM ETDİ

260099

“Avropa İttifaqı Gürcüstana qarşı şantaj siyasəti aparır, o cümlədən vizasız rejimi ləğv etməklə hədələyir. Səbəb isə Gürcüstanın Rusiyaya qarşı sanksiyalara qoşulmaqdan və “ikinci cəbhə” açmaqdan imtina etməsidir”.

Bizim.Media xəbər verir ki, bu barədə Tbilisi meri və hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının baş katibi Kaxa Kaladze bəyan edib.
 

“Bugünkü Avropa bürokratiyası artıq həqiqi Avropa dəyərlərinə xəyanət edir”, – deyə Kaladze vurğulayıb.


O əlavə edib ki, Gürcüstanın milli maraqlarına zərər vuracaq bir kompromis Brüssellə olmayacaq.

Politico nəşrinin mənbəyə istinadən yaydığı məlumata görə, Avropa İttifaqı diplomatları Gürcüstan hakimiyyətinin etirazları boğması ilə bağlı narazılıq əlaməti olaraq vizasız rejimin ləğvini müzakirə edirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO