Fransa 22 rusiyalıya sanksiya tətbiq etdi – Avropaya gedə bilməyəcəklər

Fransa 22 rusiyalıya sanksiya tətbiq etdi – Avropaya gedə bilməyəcəklər

Hazırda oxunan: Fransa 22 rusiyalıya sanksiya tətbiq etdi – Avropaya gedə bilməyəcəklər

260025

Fransanın xarici işlər naziri Jan-Noel Barro Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirlərinin Brüssel görüşündə 22 rusiyalıya qarşı sanksiyaların təsdiqləndiyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında bildirib.

“Bu gün səhər Brüsseldə də altı rusiyalı hakimin və 16 rusiyalı fiziki şəxsin Avropa ərazisinə girişinə qadağa qoyulmasını, eləcə də onların aktivlərinin dondurulmasını təsdiq edirik”, - o deyib.
 

Barro həmçinin 7 Moldova vətəndaşına qarşı sanksiyalar tətbiq edildiyini də vurğulayıb. Amma nazir sözügedən sanksiyaların mahiyyətini açıqlamayıb.

O, həmçinin xatırladıb ki, bu gün Ukrayna münaqişəsi ilə bağlı Rusiyaya qarşı 18-ci sanksiyalar paketi razılaşdırıla bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO