“Zirə” legionerini transferə çıxarıb – Klub rəsmisindən AÇIQLAMA

“Zirə” legionerini transferə çıxarıb – Klub rəsmisindən AÇIQLAMA

Hazırda oxunan: “Zirə” legionerini transferə çıxarıb – Klub rəsmisindən AÇIQLAMA

260020

“Zirə” klubunun legioneri Rafael Utziq transferə çıxarılıb.

Bu barədə Bizim.Media-ya klubun mətbuat katibi Elmar Abdullazadə məlumat verib.

Onun sözlərinə görə, buna səbəb braziliyalı futbolçunun komandadan getmək istəməsidir.
“Mövsüm başa çatandan sonra Rafael Utziq baş məşqçi ilə danışaraq klubdan getmək istədiyini bildirdi. Buna görə də klub olaraq hazırda Rafael Utziqi transferə çıxarmışıq”.
Klub rəsmisi həmçinin futbolçuya digər klublardan maraq olub-olmaması məsələsinə də aydınlıq gətirdi:

“Hələ ki, futbolçu ilə bağlı rəsmi bir təklif yoxdur. Hər şey rəsmiləşəndən sonra bu barədə açıqlama veriləcək”.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO