Moldova millisinin və Ukraynanın “Veres” klubunun qapıçısı Andrey Kojuxar karyerasını Azərbaycanda davam etdirə bilər.
Bizim.Media xəbər verir ki, 26 yaşlı qolkiper "Sabah"ın maraq dairəsindədir. Belçikanın “Dender” klubunun da transfer siyahısında yer alan Kojuxarın “Sabah”a keçəcəyi gözlənilir.
“Veres” futbolçusu üçün ən azı 500 min avro gəlir əldə etmək niyyətindədir. Ötən mövsüm qapıçı klubunun heyətində 27, Ukrayna kubokunda isə iki oyun keçirib.
25 yaşlı qapıçının "Veres"lə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. O, karyerası ərzində "Çernomorets"(Ukrayna), "Valmiera"(Latviya), "Mixalovçe"(Slovakiya), "Karpatı"(Ukrayna) klublarında da oynayıb.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
13:12 / 15.07.2025
Moldova millisinin qapıçısı “Sabah”a keçə bilər
Hazırda oxunan: Moldova millisinin qapıçısı “Sabah”a keçə bilər
Hazırda oxunan: Moldova millisinin qapıçısı “Sabah”a keçə bilər
259999
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.