XİN-dən paylaşım: “Milli Birlik Gününüz mübarək, əziz Türkiyə!” – FOTO

XİN-dən paylaşım: “Milli Birlik Gününüz mübarək, əziz Türkiyə!” – FOTO

Hazırda oxunan: XİN-dən paylaşım: “Milli Birlik Gününüz mübarək, əziz Türkiyə!” – FOTO

259967

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin 15 iyul - Demokratiya və Milli Birlik Günü münasibətilə paylaşım edib.

Bizim.Media xəbər verir ki, paylaşımda deyilir:

"15 iyul 2016-cı il - qardaş Türkiyə xalqının dövlətçiliyini və milli iradəsini qətiyyətlə qoruduğu şanlı bir tarixdir. Bu gündə dövlət çevrilişi cəhdinin qarşısını alarkən canlarını fəda etmiş şəhidlərin əziz xatirəsini dərin ehtiram və minnətdarlıqla anırıq.

Qəhrəman Türk xalqının birliyi və iradəsi sayəsində yazılan bu dastan sülhə, sabitliyə və ortaq dəyərlərin qorunmasına verilən töhfədir.

Demokratiya və Milli Birlik Gününüz mübarək, əziz Türkiyə".



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO