Xorvatiyalı yarımmüdafiəçi Luka Modriç karyerasını "Milan"da davam etdirəcək.
Bizim.Media xəbər verir ki, o, bu gün İtaliya təmsilçisi ilə rəsmi müqavilə imzalayıb.
39 yaşlı futbolçu ilə 1+1 illik razılıq əldə olunub. Lukanın illik məvacibi 3-3,5 milyon avro təşkil edəcək.
Qeyd edək ki, Modriç "Real"da 13 illik karyerasını başa vurub. O, komandanın heyətində 28 titul qazanıb. Xorvatiyalı futbolçu 2018-ci ildə "Qızıl top" mükafatına layiq görülüb.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
00:11 / 15.07.2025
RƏSMİ: Luka Modriç “Milan”da
Hazırda oxunan: RƏSMİ: Luka Modriç “Milan”da
Hazırda oxunan: RƏSMİ: Luka Modriç “Milan”da
259932
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.