DİN motosiklet sürücülərinə MÜRACİƏT ETDİ - FOTO/VİDEO

DİN motosiklet sürücülərinə MÜRACİƏT ETDİ - FOTO/VİDEO

Hazırda oxunan: DİN motosiklet sürücülərinə MÜRACİƏT ETDİ - FOTO/VİDEO

259912

Polis əməkdaşları ikitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə nəzarət və profilaktik tədbirləri davam etdirir.

DİN-in Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, yol hərəkəti qaydalarını pozan, sürət həddini aşan, təhlükəli manevr edən sürücülər müəyyən olunur, onlarla maarifləndirici söhbətlər aparılır.

Sürücülərə qanunvericiliyin tələbləri izah olunur, qayda pozuntularının digər hərəkət iştirakçılarına yaratdığı təhlükələr diqqətə çatdırılır. Yol hərəkəti qaydalarını kobud şəkildə pozan şəxslər barəsində ciddi intizam tədbirləri görülür.

"Bir daha hər bir yol hərəkəti iştirakçısını diqqətli olmağa və qaydalara riayət etməyə çağırırıq", - deyə məlumatda vurğulanıb.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO